Azərbaycanda 23 mayın kriminal xronikası

Azərbaycanda 23 mayın kriminal xronikası

24 May 2012 11:59
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 43 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 43 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 10 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.

Şəki şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

23.05.2012

Mayın 23-də saat 03.00 radələrində Şəki şəhəri ərazisində, Qax şəhər sakini Firuz Kulaşvili "VAZ-21011" markalı avtomaşını idarə edərkən onu səkiyə vurmuşdur. Nəticədə xəsarət almış sərnişinlər Saniyə Camalova, Kişminaz Kulaşvili və 1 yaşlı Georgi Kulaşvili xəstəxanaya yerləşdirilmişlər.

Mağazadan geyim əşyaları oğurlamış Nataliya Baraşekova tutulmuşdur

23.05.2012

Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də "Park Bulvar" ticarət mərkəzində, Bakı şəhər sakini Nuriyyə Qəribzadəyə məxsus mağazadan geyim əşyaları oğurlamış Nataliya Baraşekova tutulmuşdur.

Avtomaşın qaçırmış Bakı şəhər sakini Xanqardaş Umudov saxlanılmışdır

23.05.2012

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də Hidayət Həsənova məxsus "Niva" markalı avtomaşını qaçırmış Bakı şəhər sakini Xanqardaş Umudov avtomaşınla birgə saxlanılmışdır.

Oğurluq etmiş Bakı şəhər sakini Səyyad Məmmədov tutulmuşdur

23.05.2012

Mayın 20-dən 23-dək olan müddət ərzində Yasamal rayonu ərazisində yaşayan Etibar Allahverdiyevin evinin pəncərəsindən kondisioneri sökülərək oğurlanmışdır. Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş Bakı şəhər sakini Səyyad Məmmədov tutulmuşdur.

Faiq Quliyevə xəsarət yetirib hadisə yerindən qaçmış Gəncə şəhər sakini Rəfayel Şərifov tutulmuşdur

23.05.2012

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də Faiq Quliyevə göz nahiyəsindən xəsarət yetirib hadisə yerindən qaçmış Gəncə şəhər sakini Rəfayel Şərifov tutulmuşdur.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Qaradağ rayonunun Lökbatan qəsəbə Zümrüd Qasımova ölmüşdür

23.05.2012

Mayın 20-də saat 16.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Bakı şəhər sakini Cəfər Məmmədov "Mercedes" markalı avtomaşını idarə edərkən həmyerlisi Zümrüd Qasımova vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada mayın 23-də orada ölmüşdür.

Kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş Bakı şəhər sakini Tahirə Əsgərova ölmüşdür

23.05.2012

Mayın 22-də Bakı şəhər sakini Tahirə Əsgərova mənzilindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və mayın 23-də orada ölmüşdür.

Abşeron rayon sakini Nübar Quliyeva dərmandan zəhərlənmişdir

23.05.2012

Mayın 23-də Abşeron rayon sakini 3 yaşlı Nübar Quliyeva öz evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

23.05.2012

Mayın 23-də Sumqayıt şəhər sakini Afaq Həsənova və Abşeron rayon sakini Arifə İsmayılova evlərindən dəm qazından və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.