Mingəçevirdə maşın körpüdən çaya düşdü

Mingəçevirdə maşın körpüdən çaya düşdü

24 May 2012 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevir şəhərində ağır avtomobil qəzası baş verib, bir nəfər ölüb. Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 07:00 radələrində şəhərin Təbriz küçəsi ilə Naxçıvan küçələrinin kəsişdiyi yerdə qeydə alınıb. Mingəçevir sakini, 39 yaşlı Qurbanov Kamran Ramiz oğlu 10-UC-378 dövlət nömrə nişanlı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən iki küçənin kəsişməsindəki körpünün üzərində idarəetməni itirib və avtomobili yan səkilərə çırparaq 10 metr yüksəklikdən dərəyə aşırıb. Nəticədə sürücü Kamran Qurbanov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

O.M.