Gürcüstanda 2 etnik azərbaycanlı güllələnib

Gürcüstanda 2 etnik azərbaycanlı güllələnib

24 Dekabr 2020 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli bələdiyyəsinin Rəsulzadə küçəsində 2 etnik azərbaycanlı güllələnib.

Oxuməni.az xəbər verir ki, hər iki şəxs orta yaşlı kişidir və onlar hüzr yerindən qayıdarkən yolda naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla güllələniblər.

Yaralanan şəxslər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları səfərbər olunub, faktla bağlı araşdırma aparılır.

Oxuməni.az