
60 yaşlı kişi sirkə turşusu içərək intihar etdi
Bakıda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Nəsimi rayon Prokurorluğundan bildirilib. Hadisə rayonun Moskva prospekti, ev 92, mənzil 52 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 60 yaşlı Nuruş İsgəndərov sirkə turşusu içərək canına qəsd edib. O, ailə üzvləri tərəfindən təcilli xəstəxanaya çatdırılsa da onu xilas etmək mümkün olmayıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər