
Azərbaycanda 19-20 mayın kriminal xronikası
19.05.2012-ci il – şənbə günü ərzində 43 cinayət faktı qeydə alınmışdır.
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 43 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 6 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 21 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur.
Cəlilabad rayon sakini Natiq Sarıyevdən 2,3 kq marixuana götürülmüşdür
19.05.2012
Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Natiq Sarıyevdən 2 kiloqram 300 qram marixuana götürülmüşdür.
Bərdə rayon sakini Elçin Nəsirovdan 2,165 kq marixuana götürülmüşdür
19.05.2012
İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini Elçin Nəsirovdan 2 kiloqram 165 qram marixuana götürülmüşdür.
Tərtər rayonunun Cəmilli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
19.05.2012
Mayın 19-da saat 18.50 radələrində Tərtər rayonunun Cəmilli kəndi ərazisində Balabəy Mürsəlovun idarə etdiyi "VAZ-2107" markalı və Fazil Şahbazovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə, hər 2 sürücü və B.Mürsəlovun sərnişinlərindən Sabir Hüseynov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Vahid Məlikov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır. Araşdırmalar zamanı, F.Şahbazovun idarə etdiyi avtomaşını Goranboy rayonunun Yeni Yol kəndinin ərazisindən qaçırması və onun kənd sakini Niyaz Aslanova məxsus olması müəyyən edilmişdir.
Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
19.05.2012
Mayın 19-da saat 23.20 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Xalid Orucovun idarə etdiyi "QAZ-31" markalı və Abşeron rayon sakini Həsən Vəzirovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış X.Orucov və sərnişini Bakı şəhər sakini Nurlan Bayramov, habelə H.Vəzirov və sərnişinləri Oruc Allahverdiyev və Seyfəl Allahverdiyev xəstəxanaya yerləşdirilmişlər. S.Allahverdiyev ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi
19.05.2012
Mayın 19-da saat 09.20 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakinləri Hüseynqulu Miriyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu yolun kənarında saxlanılmış "VAZ-2121" markalı avtomaşına, sonra isə "Daewoo" markalı avtobusa çırpmışdır. Nəticədə H.Miriyevin sərnişinlərindən Arif Şirinov hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişinləri Seyfulla Babayev və Valeh Quliyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
19.05.2012
Mayın 19-da saat 14.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində, qəsəbə sakini Sərxan Məmmədov "Kia Cerato" markalı avtomaşını idarə edərkən Reyhan Rüstəmovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Murad Əsgərova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Ceyhun Əliyev tutulmuşdur
19.05.2012
Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də Murad Əsgərova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Ceyhun Əliyev tutulmuşdur.
Quldurluq etdiyinə görə tutulmuş Emil Dadaşovun digər cinayət əməlləri də müəyyən edilmişdir
19.05.2012
Quldurluq etdiyinə görə mayın 4-də tutulmuş Emil Dadaşovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun fevralın 22-də Feruz Səfərova məxsus avtomaşından 600 dollar pul və şəxsi sənədləri oğurlaması və aprelin 18-də isə Turxan Nəbiyevə məxsus "VAZ-2107" markalı avtomaşını qaçırması Suraxanı RPİ 33-cü PB əməkdaşları tərəfindən müəyyən edilmişdir.
Avtomaşın qaçırmağa cəhd göstərmiş Bəxtiyar Ağayev avtomaşının sahibi tərəfindən tutulmuşdur
19.05.2012
Mayın 19-da Sumqayıt şəhərinin Lermontov küçəsindən, şəhər sakini Ədalət Ələkbərova məxsus "VAZ-2107" markalı avtomaşını qaçırmağa cəhd göstərmiş Bəxtiyar Ağayev avtomaşının sahibi tərəfindən tutulmuşdur.
Qızıl və geyim əşyaları oğurlamış Lənkəran şəhər sakini Zamin Məhərrəmov tutulmuşdur
19.05.2012
Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də Kinəbəyim Mikayılovanın evindən qızıl və geyim əşyaları oğurlamış Lənkəran şəhər sakini Zamin Məhərrəmov tutulmuşdur.
Avaralıq və dilənçiliklə məşğul olan 5 nəfər saxlanılmışlar
19.05.2012
Binəqədi RPİ 7-ci PB, Səbail RPİ 39-cu PB və Nizami RPİ 25-ci PB əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 5 nəfər saxlanılmış və Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndərilmişlər.
Yasamal rayonu ərazisində yaşayan Həsən Quliyev elektrik cərəyanı vurmasından ölmüşdür
19.05.2012
Mayın 19-da Yasamal rayonu ərazisində yaşayan Həsən Quliyev evində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Dərmandan zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər
19.05.2012
Mayın 19-da Abşeron rayon sakini Mikayılova Səidə və Göygöl rayon sakini Şahnaz Hüseynova öz evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.
Samux rayonunun Çobanabdallı kənd sakini Arzu Zeynalova və Abşeron rayonunun Saray qəsəbə sakini Cəmiyyət Quliyev elektrik cərəyanı vurmasından ölmüşlər
19.05.2012
Mayın 19-da Samux rayonunun Çobanabdallı kənd sakini 1 yaşlı Arzu Zeynalova elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Mayın 19-da Abşeron rayonunun Saray qəsəbə sakini Cəmiyyət Quliyev evində elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Hacıqabul rayonunun Talış kənd sakini Yədulla Zərbalıyev və Bakı şəhər sakini Həqiqət Orucova suda boğulmuşlar
19.05.2012
Mayın 18-də Hacıqabul rayonunun Talış kəndi ərazisində, kənd sakini Yədulla Zərbalıyev su kanalına düşərək boğulmuşdur.
Mayın 19-da Qax rayonunun İlisu kəndi ərazisində, Bakı şəhər sakini Həqiqət Orucova "Ulu Körpü" istirahət mərkəzinin yaxınlığından keçən Kürmük çayını keçərkən yıxılmış və suda boğulmuşdur.
20.05.2012-ci il – bazar günü ərzində 48 cinayət faktı qeydə alınmışdır.
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 48 cinayət faktı qeydə alınmış, onların da 32-i "isti izlər"lə açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər ölmüş, 18 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.
Hökməli qəsəbə sakini Leyla Şirinovaya əri Röyal Şirinov tərəfindən bıçaqla xəsarət yetirilməsi müəyyən edilmişdir
20.05.2012
Mayın 20-də Abşeron rayonunun Hökməli qəsəbə sakini Leyla Şirinova evindən bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir. Araşdırmalar zamanı hadisənin L.Şirinovanın əri Röyal Şirinov tərəfindən törədilməsi müəyyən edilmişdir.
Tanışı Elxan Qurbanova bıçaqla xəsarət yetirmiş Sabunçu qəsəbə sakini Aleksandra Konovalova tutulmuşdur
20.05.2012
Mayın 20-də Sabunçu qəsəbəsində, qəsəbə sakini Aleksandra Konovalova münaqişə zəminində orada yaşayan, tanışı Elxan Qurbanova bıçaqla xəsarət yetirmişdir. A.Konovalova Sabunçu RPİ 12-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.
Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
20.05.2012
Mayın 20-də saat 06.00 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində rayon sakini Elnur Əhmədov "PAZ-672" markalı sərnişin avtobusunu idarə edərkən onu yolun kənarında təzə qazılmış kanala aşırmışdır. Nəticədə E.Əhmədov və sərnişinlərindən Habil Aslanov, Məhəmməd Qəmbərov, Əmirxan Qəmbərov, Aqil Qurbanəliyev, Afiq Ələsgərov aldıqları xəsarətlərdən hadisə yerində ölmüş, Anar Osanov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.
Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi
20.05.2012
Mayın 20-də saat 23.30 radələrində Suraxanı rayonu ərazisində Bakı şəhər sakini Yusif Sərdarov "Mercedes" markalı avtomaşını idarə edərkən Sabirabad rayon sakini Faiq Sultanovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
20.05.2012
Mayın 20-də saat 22.00 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Araz Həsənov vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi
20.05.2012
Mayın 19-da saat 17.00 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Leyli Ağayeva vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
Beyləqan şəhər sakini İsmayıl Əzimov və Xocalı rayon sakini İlqar Orucov tutulmuşlar
20.05.2012
Baş Cinayət-Axtarış İdarəsi və Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 12-də Əkbər Alxanova məxsus fermadan 1 baş inək oğurlamış Beyləqan şəhər sakini İsmayıl Əzimov və Xocalı rayon sakini İlqar Orucov tutulmuşlar.
Cəlilabad rayon sakini Rasim Baxşəliyev 134,581 qram heroini satarkən tutulmuşdur
20.05.2012
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürdəxanı qəsəbəsinin ərazisində, Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Baxşəliyev 134,581 qram heroini 1600 manata satarkən tutulmuşdur.
Avtomaşınlardan oğurluq etmiş dəstənin üzvləri saxlanılmışlar
20.05.2012
Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may ayı ərzində İntiqam Hüseynova, Elbrus Cəbrayılova, Nuril Mayılova, Taleh Vəliyevə və Kamil Cəbiyevə məxsus avtomaşınlardan oğurluq etmiş Bakı şəhər sakinləri Rəhman Xəlilov, Elşən Mehdiyev və Rövşən Hacıyev tutulmuşlar.
Bakının Nizami rayonunda kirayədə yaşayan Turan Məmmədov elektrik cərəyanı vurmasından ölmüşdür
20.05.2012
Mayın 20-də Bakının Nizami rayonu ərazisində kirayədə yaşayan Turan Məmmədov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Avaraçılıq və dilənçiliklə məşğul olan 3 nəfər saxlanılmışlar
20.05.2012
Səbail RPİ 39-cu PB əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 3 nəfər saxlanılmış və Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə təhvil verilmişlər.
Dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş Lənkəran rayonun Qurumba kənd sakini Nərmin Həsənova orada ölmüşdür
20.05.2012
Mayın 18-də Lənkəran rayonun Qurumba kənd sakini 5 yaşlı Nərmin Həsənova öz evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və may ayının 20-də orada ölmüşdür.
O.M.