Rüşvət almaqda təqsirləndirilən DSMF-nin vəzifəli şəxslərinin məhkəməsi başlayır

Rüşvət almaqda təqsirləndirilən DSMF-nin vəzifəli şəxslərinin məhkəməsi başlayır

5 Dekabr 2020 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

Rüşvət almaqda təqsirləndirilən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxsləri- Əbülfəz İbrahimov, Arif Qəmbərov, Nizami Əhmədov, Səmayə Eminova, Bəyəli Xəlilov, Şahin Məmmədov və Elçin Əkbərovun barəsində aparılan ibtidai istintaq başa çatıb.

Oxuməni.az xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Məhəmməd Bağırovun icraatına verilib.

Oxuməni.az