İşğalçı Ermənistan ordusu üzərinə götürdüyü öhdəliklərə məhəl qoymur

İşğalçı Ermənistan ordusu üzərinə götürdüyü öhdəliklərə məhəl qoymur

21 May 2012 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

İşğalçı Ermənistan ordusunun bölmələri mayın 20-də saat 15.35-dən 15.55-dək və 17.20-dən 17.40-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri, saat 18.00-dan 18.10-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.55-dən 00.11-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

O.M.