
Kürdə batmış 25 yaşlı Hacıqabul sakininin meyiti tapıldı
Fövqəladə Hallar nazirliyindən verilən məlumata görə, Kür çayının Hacıqabul rayonu, Ağacanlı kəndi ərazisindən keçən hissəsində batmış 1987-ci il təvəllüdlü Yusif Taleh oğlu Şıxəliyevin axtarışları başa çatmışdır. Y.Şıxəliyevin cəsədi batdığı yerdən, təxminən, 1500 m aralıda nəzarətsiz ərazidə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 07:30-da başa çatmışdır.
O.M.
Digər xəbərlər