Ağdaşda 6 otaqlı ev əşyalarla birlikdə külə döndü

Ağdaşda 6 otaqlı ev əşyalarla birlikdə külə döndü

19 May 2012 10:07
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan taxta konstruksiyalardan ibarət altı otaqlı kürsülü ev və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

O.M.