
Bu gün toyu olacaq 21 yaşlı Siyəzən sakini 20 dəqiqə ipdən asılı vəziyyətdə qalsa da, ölmədi
Azərbaycanın Siyəzən rayonunda intihar cəhd faktı qeydə alınıb. APA-nın verdiyi məlumata görə, Siyəzən rayonunun Yenikənd kənd sakini, 1991-ci il təvəllüdlü Baxşıyeva Günay Ziyafəddin qızı yaşadığı evin həyətində özünü asıb. 20 dəqiqə ipdən asılı qalan qız möcüzə nəticəsində sağ qalıb. Nişanlısı Günayın telefon zənglərinə cavab vermədiyini görüb onlara gəlib və qızı ipdən asılı vəziyyətdə tapıb. G.Baxşıyeva Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, bu gün Günay Baxşıyevanın toy mərasimi keçirilməli idi. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər