FHN-ən təhlükəli paket barədə yanlış məlumat daxil oldu

FHN-ən təhlükəli paket barədə yanlış məlumat daxil oldu

17 May 2012 22:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Nəsimi rayonunda avtobus dayanacağında şübhəli əşyanın olması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişlər. Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüş və şübhə yaradan sellofan torbaya baxış keçirmişlər. Torbanın içərisindəki əşyanın təhlükəli olmadığı müəyyən olunmuşdur. Əməliyyat saat 19:10-da başa çatmışdır.

O.M.