
Bakıda minik avtomobili ilə yük maşını toqquşdu
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, bu gün günorta saatlarında Bakı şəhəri, Yasamal rayonunda "İsuzu" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, nəqliyyat vasitələri deformasiyaya uğramış, sürücülər və avtomobillərdə olan şəxslər xəsarət almışlar. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 16:49-da başa çatmışdır.
O.M.
Digər xəbərlər