
Ağsuda ot bağlamaları ilə dolu olan yük maşını yandı
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ağsu rayonu, Navahı kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus "Shacman" markalı yük avtomobilinin banına yığılmış 4,5 ton ot bağlaması yanmışdır. Avtomobil yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
O.M.
Digər xəbərlər