Sumqayıtda mənzilində qapalı vəziyyətdə qalan 85 yaşlı xəstə qadın xilas edildi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1927-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından keçərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən qadın döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin tibbi müayinə nəticəsində vətəndaşın xəstə olduğu müəyyən olunmuşdur. Əməliyyat saat 19:24-də başa çatmışdır.
O.M.





























































.jpg)


.jpg)
.jpg)
.jpg)

























