
Salyanda 14 yaşlı qız dərman içərək intihar etdi
Azərbaycanın Salyan rayonunda intihar hadisəsi baş verib. APA-nın Salyan Rayon Prokurorluğuna istinadən verdiyi məlumata görə, rayonun Həsənli kənd sakini, 1998-ci il təvəllüdlü Aytac Vaqif qızı Cəfərova normadan artıq miqdarda dərman preparatı qəbul edərək intihar edib. Aytac Cəfərova Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.
O.M.
Digər xəbərlər