
Gəncədə amansız qətl hadisəsi törədilib
Gəncə şəhər
Prokurorluğundan verilən məlumata görə, hadisə aprelin 24-də törədilib. Şəhərin
Ağamirzə Əhmədov küçəsi 23 ünvanında yaşayan 1985-ci il təvəllüdlü N.V-eva
yaşadığı evdə xüsusi amansızlıqla qətlə yetirilib. Naməlum şəxs 26 yaşlı qızın
boğaz və baş nahiyəsindən kəsici alətlə çoxsaylı zərbələr vurub. N.V-eva aldığı
xəsarətlərdən hadisə yerindəcə keçinib.
Məlumata görə, öldürülən qızın atası və anası xeyli müddətdir ki, ayrılıblar.
Ailə həyatı qurmamış N.V-eva anası ilə birgə yaşayırmış. Bir həftə öncə anası
onu evdə tək qoyaraq, Moskvaya yola düşüb.
Hadisənin hansı səbəbdən və kim tərəfindən törədilməsi araşdırılır.
Faktla bağlı
Cinayət Məcəlləsinin 121,1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Həmişəki kimi cinayət birinin canını, digərinin isə azadlığını aldı...
Hafiz Əhmədov
O.M.