
52 yaşlı kişi intihar edib
Bakıda intihar hadisəsi qeydə alınıb. Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, Bakıxanov qəsəbəsi, M. Əmirov küçəsi, ev 3, mənzil 65 ünvanında yaşayan, 52 yaşlı Ziatin Bəhramov yaşadığı evdə özünü asaraq intihar edib. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
O.M
Digər xəbərlər