Azərbaycanda 11 mayın kriminal xronikası

Azərbaycanda 11 mayın kriminal xronikası

12 May 2012 20:58
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 46 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 46 cinayət faktı qeydə alınmış, onların da 24-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 23 nəfər tutulmuşdur.

Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi

11.05.2012

Mayın 11-də saat 18.00 radələrində Bakının Nizami rayonu ərazisində Yardımlı rayon sakini Aftandil Sərhəngov "Mercedes" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Pərvanə Hüseynovanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Ağcabədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

11.05.2012

Mayın 11-də saat 20.15 radələrində Ağcabədi rayonu ərazisində, Hacıbədəlli kənd sakini İlham Murtuzov "Mercedes C-180" markalı avtomaşını idarə edərkən, onu qarşıda gedən rayon sakini Elçin Abdullayevin idarə etdiyi "Mercedes C-200" markalı avtomaşına vurmuş, idarəetməni itirdiyindən onu aşırmışdır. Nəticədə İ.Murtuzov hadisə yerində ölmüşdür.

Lənkəran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

11.05.2012

Mayın 11-də saat 21.20 radələrində Lənkəran şəhəri ərazisində, şəhər sakini Nazim Səfərovun idarə etdiyi "VAZ-2109" və Bakı şəhər sakini Natiq Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə N.Səfərov hadisə yerində ölmüşdür.

Nəriman Məmmədovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Seyran Meybullayev tutulmuşdur

11.05.2012

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 10-da Nəriman Məmmədovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Seyran Meybullayev tutulmuşdur.

Mağazadan pul və danışıq kartları oğurlamış Bakıxanov qəsəbə sakini İsa Əliyev tutulmuşdur

11.05.2012

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 10-da Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Rəmiş Səfərova məxsus mağazadan 500 manat pul və danışıq kartları oğurlamış qəsəbə sakini İsa Əliyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun mayın 10-da 76 saylı xətt avtobusunda, sərnişin Sevda Murtuzaliyevanın çantasından 72 manat pul və 3 ədəd bankomat kartını oğurlaması da müəyyən edilmişdir.

Camal Əhmədova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Zaqatala rayon Muxax kənd sakini Nəbi Ağalarov tutulmuşdur

11.05.2012

Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 10-da Camal Əhmədova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Muxax kənd sakini Nəbi Ağalarov tutulmuşdur.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

11.05.2012

Mayın 11-də Sumqayıt şəhər sakini Lamiyə Cəfərova, Kamil Əliyev, Göygöl rayon sakini Əfsanə Qasımlı və Abşeron rayon sakini Gülsüm Məmmədova öz evlərindən dəm qazından və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Qidadan zəhərlənmiş 6 nəfər xəstəxanaya gətirilmişlər

11.05.2012

Mayın 10-da Beyləqan rayonunun Örənqala qəsəbə sakinləri Züleyxa Əmiraslanova, qızı Rasxa, oğlu Rüstəm, nəvələri Kənan, Günel və qohumu Qənzilə Əmiraslanova qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyətləri qənaətbəxşdir.

O.M.