Bakıda su quyusuna düşən 57 yaşlı kişi vəfat etdi

Bakıda su quyusuna düşən 57 yaşlı kişi vəfat etdi

13 May 2012 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər quyuya düşmüşdür. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1955-ci il təvəllüdlü Nəriman Calal oğlu Cavadov təmir işləri aparan zaman sahəsi 2 kv.m, dərinliyi, təxminən, 16-18 m olan su quyusuna (suyun səviyyəsi, təxminən, 0,5 metrdir) düşmüşdür. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə N.Cavadovu quyudan çıxarmış və hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil vermişlər. İlkin müayinə nəticəsində vətəndaşın öldüyü müəyyən edilmişdir. Əməliyyat saat 12:19-da başa çatmışdır. Faktla bağlı araşdırma aparılır.

O.M.