
Maşınını ağaca vuran Şəki sakini vəfat etdi
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, mayın 8-də saat 00:30 radələrində Şəki şəhəri ərazisində şəhər sakini Mustafa Məmmədkərimov "VAZ-21099" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişini Pərviz Talıbov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər