
Qobustan həbsxanasına narkotik maddənin keçirilməsinin qarşısı alındı
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mayın 6-da Qobustan həbsxanasında cəza çəkən Hüseynov Şirzad Hüseynağa oğlunun yanına qısamüddətli görüşə gəlmiş qohumu Əhmədova Fəridə Firudin qızının gətirdiyi sovqata baxış keçirilib. Həmin vaxt 1,5 kiloqram həcmində olan turşu balonunda üç ədəd pomidorun içərisinə yerləşdirilmiş ümumi xalis çəkisi 4,076 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər