İrəvanda iki futbolçu polisləri döyüb

İrəvanda iki futbolçu polisləri döyüb

31 Avqust 2020 20:30
Bəyəndim (1) Bəyənmədim (0)

İrəvanda iki gənc yol polisinin müfəttişləri ilə dava edərək, onlara söyüş söyüb və döyüblər. Nəticədə polislərin biri ciddi bədən xəsarəti alıb.
Oxuməni.az-ın İzvestiya.ru-ya istinadən verdiyi xəbərə görə, hadisə bazar günü axşam saat 23:15 radələrində, Yerevanın mərkəzində, kaskad kompleksinin yaxınlığında baş verib. Polisi döyən 30 və 26 yaşlı gənclər saxlanılıblar. Onlara qarşı 316-cı (hakimiyyət nümayəndəsinə qarşı zorakılığın tətbiqi) və 258-ci (xuliqanlıq) maddələrinin əlamətlərinə görə cinayət işi qaldırılıb.

Məlumata görə polis məmurlarını döyən Edqar və Qor Malakyan futbolçularıdır. Qor Malakyan " Pünik "klubunun yarımmüdafiəçisi və Ermənistan yığmasına namizəddir. Onun böyük qardaşı Edqar da Yerevanın "Ararat" klubunun yarımmüdafiəçisi, millidə yer iddiasındadır.

Məhkəmə-Tibbi Ekspertiza təyin edilib, istintaq aparılır.

Oxuməni.az