Moskvada daha bir azərbaycanlı güllələnib

Moskvada daha bir azərbaycanlı güllələnib

25 Aprel 2011 11:55
Bəyəndim (0) Bəyənmədim (0)


Moskvada azərbaycanlı taksi sürücüsü güllələnib. 23 yaşlı Samir Qasımovun başına 4 güllə vurulub.


Hadisə bu gün səhər saatlarında Moskvada baş verib. Samir Qasımov "Vaz 21 04" markalı maşını idarə edərkən arxadan güllə ilə başından vurulub.


"Lifenews.ru" saytının verdiyi məlumata görə, Yujnaya Butovskaya küçəsində baş verən hadisəni Samirin maşınına minən sərnişin törədib. Güllə yarası alan Samir hadisə yerindəcə keçinib.


Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.


Allah rəhmət eləsin...


Hafiz Əhmədov


O.M.