
Şabran sakini özünü güllələdi
Şabran Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Ərəblər kəndində intihar hadisəsi qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Elçin Nəcəfov ov tüfəngindən atəş açaraq özünü öldürüb. Mərhumun özünə qəsd etməsinin səbəbləri bilinmir. Onun üç uşaq atası olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər