
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq işçiləri bu gün məhkəmə qarşısına çıxarılacaq.
Oxuməni.az-ın məlumatına görə, sabiq icra başçısı Elmar Vəliyevin vaxtında şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş Əli Rüstəmov və Məharət Mustafayev barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 178-ci (dələduzluq), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham verilib.
Onlar barəsində təqdimat Binəqədi rayon Məhkəməsinə daxil olub.
Oxuməni.az
Digər xəbərlər