Lotu Qulinin öldürülməsi  Rövşənin qisası olması haqda fikir yaradıb

Lotu Qulinin öldürülməsi Rövşənin qisası olması haqda fikir yaradıb

20 Avqust 2020 11:21
Bəyəndim (2) Bəyənmədim (0)

Bu gün gecə saatlarında Antalyada qətlə yetirilən Lotu Qulinin ölümü ilə bağlı şok bir detal diqqəti cəlb edir.

Oxuməni.az xəbər verir ki, Qulinin mərhum qanuni oğru Rövşən Lənkəranskinin qətlinin (18 avqust 2016-cı) ildönümündən bir gün sonra öldürülməsi bu hadisənin Rövşənin qisası olması haqda fikir yaradıb.

Qeyd edək ki, mərhum qanuni oğru Rövşən Lənkəranski 2016-cı il avqustun 18-də İstanbulda qətlə yetirilmişdi.

Kriminal aləmdə Lotu Quli ilə Rövşən Lənkəranskinin əzəli rəqib olduğu deyilirdi.

Qulinin ölümü ilə bağlı diqqət çəkən bir digər məqam da həmin tarixdə, daha doğrusu, avqustun 18-də daha bir azərbaycanlı kriminal avtoritetin “Qoca Yasamalski” ləqəbli Əlibala Həmidovun öldürülməsidir.

Kriminal aləmin 3 nüfuzlu siması – Rövşən Lənkəranski, Qoca Yasamalski və Lotu Qulinin təxminən eyni tarixlərdə (18-19 avqust) qətlə yetirilməsi təsadüfi hesab edilmir.

Xatırladaq ki, Əlibala Həmidov 2013-cü ildə Türkiyədə qətlə yetirilib.

Oxuməni.az