
Lənkəran şəhərində sürücünün yaralanması ilə nəticələnən yol qəzası baş verdi
Lənkəran Rayon Polis Şöbəsindən verilən məlumata görə, mayın 3-ü saat 23:00 radələrində rayonun Göyşaban kənd sakini, 25 yaşlı Rüfət Niyaz oğlu Cəfərovun idarə etdiyi "VAZ-21014" markalı, 90 FZ 075 dövlət nömrə nişanlı avtomobil Avtovağzal-Ləvəngi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək, yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü körpücük sümüyünün yerini dəyişən sınığı, döş qəfəsinin qapalı travması, sağ budun qapalı travması diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya-ortopediya şöbəsinə yerləşdirilib. Xəstəyə müvafiq tibbi yardım göstərilib, hazırda vəziyyət stabil qiymətləndirilir.
İlkin versiya kimi qəzaya avtomobilin yüksək sürətlə idarə olunması səbəb göstərilir. Faktla bağlı Lənkəran RPŞ-də araşdırma aparılır.
O.M.