
Bakıda iki sərnişin avtobusu toqquşdu
Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün Sabunçu bazarının yanında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 204 saylı xətt marşrutu ilə hərəkət edən sərnişin avtobusu qarşıdan gələn 93 saylı marşrut avtobusu ilə toqquşub. Qəza nəticəsində ölən olmasa da, 15-ə yaxın sərnişin xəsarət alıb.
3 saylı Sabunçu şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, yaralanan 15 nəfərin şəxsiyyəti müəyyən edilib. Yaralıların vəziyyəti normal qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər