
Bakıda piyada keçidində şübhəli əşya aşkar edildi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki piyada keçidində şübhəli əşyanın olması barədə məlumat daxil olub. Dərhal FHN-in müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər. Nazirliyin mütəxəssisləri digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, bundan sonra şübhə yaradan torbaya baxış keçirilib. Bağlamada təhlükəli əşya aşkar edilməyib.
O.M.
Digər xəbərlər