
Mingəçevirdə avtomobili aşan sürücü vəfat etdi
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 30-da saat 03:30 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakini Musa Musayev "Opel Astra" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə sürücü hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər