Penitensiar Xidmətin Müalicə müəssisəsində 39 yaşlı məhbus vəfat etdi
Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsində ölüm hadisəsi qeydə alınıb. Müəssisədə müalicə alan, 1963-cü il təvəllüdlü İsmayıl Ağayev xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, İ.Ağayev İrandan Azərbaycana narkotik daşıyan dəstənin üzvü olub. O, 2010-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat zamanı həbs edilib. 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Ağayev 10 il müddətinə azadlıqdan məhrum edilib.
O.M.
Digər xəbərlər