Bakıda avtomobil 2 piyadanı vurdu

Bakıda avtomobil 2 piyadanı vurdu

26 Aprel 2012 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün saat 09.45 radələrində "Laçın" Ticarət Mərkəzinin qarşısında yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Mercedes" markalı avtomobil yol kənarında duran piyadalar – 26 yaşlı Nadir İmanov və Əzsalam Rəsulovu vurub. Nəticədə hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

O.M.