Bakıda 3 uşaq anası özünü asdı

Bakıda 3 uşaq anası özünü asdı

25 Aprel 2012 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Xətai Rayon Prokurorluğundan verilən məlumata görə, bu gün səhər saatlarında rayonun Kazımağa Kərimov küçəsi 34/5 ünvanında intihar hadisəsi qeydə alınıb. Həmin ünvanda yaşayan, 38 yaşlı Səbinə Böyükağa qızı Cəlilova yaşadığı evin həyətində özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil. Onun üç uşaq anası olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

O.M.