
Bakıda qadın qeyri-rəsmi nikahda yaşayan şəxsi öldürüb
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aprelin 22-də İ. Orucəliyev küçəsində yaşayan Rəşad Rəhmanov qarın nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R. Rəhmanova xəsarət yetirən şəxs, onunla qeyri-rəsmi nikahda yaşayan Lənkəran rayon sakini Turanə Məmmədova tutulub.
O.M
Digər xəbərlər