Sumqayıtda 31 yaşlı oğlan qətlə yetirilib
Bu barədə Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, ötən gecə Sumqayıt şəhəri, 2-ci mikrorayon, 40/45 ünvanında yaşayan şəhər sakini, 31 yaşlı Ramil Əliyev naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü açılıb. R. Əliyevi bıçaqlayaraq qətlə yetirən şəxsin onun tanışı, 1966-cı il təvəllüdlü Muxtar Nəcəfov olduğu məlum olub. Hadisəni törədən M. Nəcəfov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
O.M
Digər xəbərlər