Bakıda dəm qazından ehtiyatsız istifadə daha bir nəfərin həyatına son qoydu
Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Bünyadzadə küçəsi ev 12, mənzil 17 ünvanında ölüm hadisəsi qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan 20 yaşlı Yusif Hüseynov dəm qazından boğularaq ölüb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
O.M.
Digər xəbərlər