Suraxanı rayonunda intihar hadisəsi baş verdi

Suraxanı rayonunda intihar hadisəsi baş verdi

12 Aprel 2012 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, ötən gecə rayonun Hövsan qəsəbəsində intihar hadisəsi qeydə alınıb. Bakı şəhər sakini, 22 yaşlı Müşfiq Ramazanov qollarını kəsərək intihar edib. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

O.M