Xaçmazda qətl törədildi
Xaçmaz rayon Prokurorluğundan verilən məlumata görə, rayonun
Ağarəhimoba kənd sakini, 1993-cü il təvəllüdlü Musayev Kənan Telman oğlu şəxsi
münaqişə zəminində Xaçmaz rayon Qımılqışlaq kənd sakini, 1988-ci il təvəllüdlü
Heydərov Nail Nərminam oğlunu qətlə yetirib. Belə ki, gənclər
arasında mübahisə düşüb. Öncə N. Heydərov K. Musayevi döyüb. O isə evdən
götürdüyü xəncərlə Nail Heydərova 5 zərbə vurub.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb,
istintaq aparılır.
O.M
Digər xəbərlər