Xaçmazın mərkəzində ikimərtəbəli yaşayış evi yanaraq külə döndü
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dünən Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən, rayon sakini Dövlət Mövlanova məxsus yaşayış evində yanğın hadisəsi qeydə alınıb. Yanğının qarşısının alınması üçün əraziyə Xaçmaz Dövlət Yanğın Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Bir saat ərzində yanğın məhdudlaşdırılıb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində ümumi sahəsi 170 kvadratmetr olan ikimərtəbəli
8 otaqlı yaşayış evi yanaraq külə dönüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Hadisənin səbəbləri araşdırılır.
O.M.
Digər xəbərlər