Şamaxıda 17 yaşlı qız özünü asdı
Şamaxı Rayon Prokurorluğundan verilən məlumata görə, Şamaxı şəhərində 17 yaşlı qız özünü asıb. Belə ki, 1995-ci il təvəllüdlü Cahangirova Mahirə Qadir qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ məlum deyil. Faktla bağlı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər