Mingəçevir Su Elektrik Stansiyasında qır qazanı iki fəhlənin üstünə aşdı

Mingəçevir Su Elektrik Stansiyasında qır qazanı iki fəhlənin üstünə aşdı

30 Mart 2012 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevir Şəhər Polis İdarəsinin verdiyi məlumata görə, Mingəçevir Su Elektrik Stansiyasının həyətyanı sahəsində daxili təmir-bərpa işləri üçün fəhlələr qır əridən zaman qır qazanı aşıb. Nəticədə, qaynayan qır fəhlələrdən ikisinin üstünə tökülüb. Yanıq xəsarətləri alan 1981-ci il təvəllüdlü Süleymanov Cuma Yusif oğlu və 1990-cı il təvəllüdlü Cabbarov Pərviz Xasay oğlu xəstəxanaya aparılıb. Yaralılardan P.Cabbarovun xəsarəti ağır olduğundan onu xilas etmək mümkün olmayıb. Digər yaralının isə vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.