Metro vaqonlarına iş elanları və internet reklamları yapışdıran şəxslər cəzalandırılacaqlar

Metro vaqonlarına iş elanları və internet reklamları yapışdıran şəxslər cəzalandırılacaqlar

30 Mart 2012 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Metropoliteninin (BM) rəhbərliyi sərnişinlərə vaqonlara yapışdırılan iş yerləri və internet sayt elanları ilə bağlı müraciət edib. Müraciətdə bu cür iş yerləri və saytlarla bağlı elanlara inanmamaq tövsiyə olunub. Həmçinin BM əməkdaşları tərəfindən sözügedən iş yerləri və saytlarla bağlı araşdırma aparıldığı vurğulanıb: "Məlum olub ki, bu şəxslər vətəndaşları aldadaraq, onlara maddi ziyan vurub".

Müraciətdə BM-in vaqonlarında elan yapışdıran şəxsləri görərkən onlarla bağlı metropoliten işçilərinə, yaxud polis əməkdaşlarına məlumat vermək xahiş olunub.

O.M.