Qatarı təmir edən usta onun altında qalaraq vəfat edib

Qatarı təmir edən usta onun altında qalaraq vəfat edib

30 Mart 2012 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, dünən Keşlə qəsəbəsində ehtiyatsızlıq ucbatından ölüm hadisəsi baş verib. Dəmir yolu xəttində dayanan qatarın təkəri təmir olunan zaman qatar hərəkətə gəlib və usta Əliyar Nəcəfov qatarın altına düşərək ölüb. Faktla bağlı araşdırma aparılır.

O.M.