Azərbaycanın xalq yazıçısının qardaşı nəvəsi intihar etdi

Azərbaycanın xalq yazıçısının qardaşı nəvəsi intihar etdi

29 Mart 2012 19:20
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Hacıqabul rayonunda intihar hadisəsi baş verib. APA-nın xəbərinə görə, bu barədə məlumatı Hacıqabul rayon Prokurorluğunun müstəntiqi Yusif Əliyev verib. Müstəntiqin bildirdiyinə görə, Hacıqabul rayonunun ikinci Udlu inzibati ərazisinin Tağlı kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərzadə Eltac Orxan qızı bu gün saat 13:14 radələrində ov tüfəngi ilə özünü ürək nahiyəsindən vuraraq intihar edib. İntiharın səbəbi açıqlanmır. Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.

İntihar edən Eltac Cəfərzadənin Azərbaycanın xalq yazıçısı Əzizə Cəfərzadənin qardaşı nəvəsi olduğu bildirilir.

O.M.