Bakıda əxlaqsız yuva aşkar edildi

Bakıda əxlaqsız yuva aşkar edildi

29 Mart 2012 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Xətai Rayon Polis İdarəsindən (RPİ) verilən məlumata görə, dünən gecə saatlarında Yaşar Hacıyevə məxsus "Bədo" restoranında əməliyyat keçirilib. Əməliyyat zamanı sözügedən ünvanda çoxlu sayda qadının əxlaqsızlıqla məşğul olduğu müəyyənləşib. Müştərilərə pullu xidmət göstərən qadınlar arasında əcnəbilərin də olduğu bildirilir. Həmin qadınların hamısı saxlanılaraq inzibati qaydada məsuliyyətə cəlb edilib. Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.

O.M.