Qətl törətməkdə ittiham olunan yanacaqdoldurma məntəqəsinin rəhbərinin məhkəmə iclası başladı

Qətl törətməkdə ittiham olunan yanacaqdoldurma məntəqəsinin rəhbərinin məhkəmə iclası başladı

29 Mart 2012 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən "AS Petrol" yanacaqdoldurma məntəqəsinin rəhbəri Rəşad Həsənov və onun tanışı Tural İsbarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər ittiham aktına münasibət bildirərək, özlərini təqsirli bilmədiklərini deyiblər. Proses aprelin 4-də davam etdiriləcək.

Xatırladaq ki, 2011-ci il aprelin 27-də Bakı-Sumqayıt yolunda yerləşən "AS Petrol" yanacaqdoldurma məntəqəsində qətl hadisəsi baş verib. Naməlum şəxslər tərəfindən Şərur sakini 34 yaşlı Malik Əsədov və onun 36 yaşlı qardaşı Ədalət bıçaqlanıb. Malik Əsədov sol döş qəfəsindən aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib, qardaşı Ədalət isə kürəyindən aldığı xəsarətlə Respublika Xəstəxanasına yerləşdirilib. Aparılan araşdırma zamanı qətldə şübhəli bilinən "AS Petrol"un rəhbəri Rəşad Həsənov və onun tanışı Tural İsbarov saxlanılıb.

O.M.