Azərbaycanda 26 martın kriminal xronikası

Azərbaycanda 26 martın kriminal xronikası

27 Mart 2012 12:50
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 55 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 55 cinayət faktı qeydə alınmış, onların da 35-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 40 nəfər tutulmuşdur.

Sabirabad şəhər sakini Qüdrət Dədəkişiyevə xəsarət yetirməkdə şübhəli bilinən Əkbər Atakişiyev tutulmuşdur

26.03.2012

Martın 24-də Sabirabad şəhərinin İ.İsgəndərov küçəsindəki ət dükanından, orada qəssab işləyən şəhər sakini Qüdrət Dədəkişiyev qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir. Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş həmyerlisi Əkbər Atakişiyev tutulmuşdur.

Bakı şəhər sakini Pərvanə Qocayevaya məxsus qaçırılmış avtomaşın tapılmışdır

26.03.2012

Martın 26-da saat 18.15 radələrində Nərimanov rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində Bakı şəhər sakini Pərvanə Qocayevaya məxsus "Lexus" markalı avtomaşın qaçırılmışdır. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşının orada işləyən Nicat Orucov tərəfindən qaçırılması və idarə edilərkən maneəyə vurulması müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri aparılır.

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

26.03.2012

Martın 26-da saat 16.15 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakinləri Səid Nuriyev "Mercedes" markalı avtomaşını idarə edərkən onu ağaca vurmuşdur. Nəticədə sərnişinlərdən Bakı şəhər sakini Esmira Tarbəyova hadisə yerində ölmüş, sürücüyə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmış, digər sərnişini Elza Hüseynova isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

26.03.2012

Martın 24-də saat 21.30 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Şəfa Əsədova vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Avtomaşından maqnitofon sökərək oğurlamış Sumqayıt şəhər sakini Ayaz Səlimov tutulmuşdur

26.03.2012

Çevik Polis Alayı və Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Bakı şəhər sakini Ziyadxan Allahverdiyevə məxsus "VAZ-2101" markalı avtomaşından maqnitofonu sökərək oğurlamış Sumqayıt şəhər sakini Ayaz Səlimov tutulmuşdur.

Xəlilov Sübhana bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Abbasov Seymur tutulmuşdur

26.03.2012

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il noyabrın 1-də Xəlilov Sübhana bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Abbasov Seymur tutulmuşdur.

Elman Ələkbərovu qətlə yetirib hadisə yerindən qaçmış Hacıqabul şəhər sakini Ceyhun Hənifəyev tutulmuşdur

26.03.2012

Hacıqabul RPŞ və RMB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 25-də Elman Ələkbərovu qətlə yetirib hadisə yerindən qaçmış Hacıqabul şəhər sakini Ceyhun Hənifəyev tutulmuşdur.

Şabran RPŞ və Mingəçevir ŞPŞ əməkdaşları tərəfindən odlu silah və vasitələri tapılmışdır

26.03.2012

Şabran RPŞ əməkdaşları tərəfindən Dəvəçi kəndi ərazisində 1 ədəd "AKM" avtomat silahı, 167 ədəd müxtəlif çaplı patron və 1 ədəd patron darağı tapılmışdır.
Mingəçevir ŞPŞ əməkdaşları tərəfindən şəhər ərazisində 1 ədəd "AKM" avtomat silahı, 228 ədəd müxtəlif çaplı patron və 3 ədəd patron darağı tapılmışdır.

Dəm qazından zəhərlənmiş Yasamal rayonu ərazisində yaşayan Fəzail Quliyev ölmüşdür

26.03.2012

Martın 26-da Yasamal rayonu ərazisində yaşayan Fəzail Quliyev Fazil dəm qazından zəhərlənərək ölmüşdür.

Ağdam rayon sakini Coşqun Rüstəmov bədbəxt hadisə nəticəsində ölmüşdür

26.03.2012

Martın 26-da saat 10.50 radələrində Neftçala rayonunun Abbasalı kəndi ərazisində Ağdam rayon sakini Coşqun Rüstəmov "KamAZ" markalı avtomaşından yük boşaldarkən həmin ərazidən keçən elektrik naqilini qırmışdır. Naqillərin avtomaşının üstünə düşməsi nəticəsində təkərləri yanmış, sürücü ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

26.03.2012

Martın 26-da Abşeron rayon sakini Ləman Pirquliyeva, Sumqayıt şəhər sakinləri İlahə Talıbova, Zaur Davudov və arvadı Çinarə, Şəhla İsmayılova, Türkan Ağahüseynova və Leyla Əhmədova öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Ləki qəsəbə sakini Adilə Əliyeva quyuya düşərək boğulmuşdur

26.03.2012

Martın 26-da Ağdaş rayonunun Ləki qəsəbə sakini 2 yaşlı Adilə Əliyeva həyətindəki quyuya düşərək boğulmuşdur.

O.M.