Cəlilabadda bələdiyyə binası yandı

Cəlilabadda bələdiyyə binası yandı

27 Mart 2012 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabad rayonunun Günəşli kənd bələdiyyəsinin inzibati binasında yanğın hadisəsi baş verib. Kənd bələdiyyəsindən verilən məlumata görə, bələdiyyəyə məxsus 400 kvadratmetrlik iki mərtəbəli köməkçi binada yanğın martın 26-dan 27-nə keçən gecə saat 04:00 radələrində qeydə alınıb. Yanğına qısaqapanmanın səbəb olduğu bildirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

O.M.