Xaçmazda ağır yol qəzası baş verdi

Xaçmazda ağır yol qəzası baş verdi

27 Mart 2012 10:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Gəndob-Yalama yolunun 37-ci km-də, Xaçmaz rayonun Nərəcan kəndi ərazisində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xudatdan Bakı istiqamətində hərəkət edən, Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Fərid Qurbanovun idarə etdiyi 10 TE 490 dövlət nömrə nişanlı "AzSamand" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı maşında olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlar Bakı şəhər sakinləri - sürücü Fərid Qurbanov, 1991-ci il təvəllüdlü Rüfət Tağıyev, 1987-ci il təvəllüdlü Təranə Muqamova, 1987-ci il təvəllüdlü Zeynəb İmamova və onun bacısı, 1993-cü il təvəllüdlü Nərminə İmamovadır.

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, xəsarət alanlardan Nərminə İmamova hamilədir. Həkimlər onun vəziyyətini kafi qiymətləndirirlər. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

O.M.