Beyləqanda yanğın şəxsi təsərrüfata külli miqdarda ziyan vurdu

Beyləqanda yanğın şəxsi təsərrüfata külli miqdarda ziyan vurdu

23 Mart 2012 19:10
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Beyləqan rayonu, Mayak kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus fermanın ərazisinə yığılmış 26 ton ot bağlaması yanıb. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın saat 16:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alan yoxdur.

O.M.